Gürcüstan səfirinin avtomobilinə hücum olub
Tarix: 14-07-2023 21:12 | Bölmə: Dünya
Gürcüstan səfirinin avtomobilinə hücum olub

Yaponiya polisi Gürcüstan səfiri Temur Lejavaya mümkün hücumu araşdırır. Reyting.az xəbər verir ki, bu barədə Yaponiyanın ictimai yayımı NHK məlumat yayıb.

Nəşrin məlumatına görə, Lejavanın sürücüsü cümə günü günorta saatlarında polisə zəng edərək Gürcüstan səfirliyinin yaxınlığında bir nəfərin onun yaxasından yapışdığını bildirib.

Media polisin və səfirliyin sürücüsünün sözlərinə istinadla bildirir ki, sözügedən şəxs avtomobilini səfirin maşınının qarşısında saxlayıb və sürücü tərəfdən qapını açıb.

Lejavanın “Tvitter” profilində yerləşdirilən videoda bir adamın əlini səfirin maşınına yapışdırdığı görünür.

Nəşr qeyd edir ki, hadisə zamanı sürücü və səfir xəsarət almayıb.

Polis hadisənin yol hərəkətində anlaşılmazlıq nəticəsində baş verdiyini ehtimal edir. Hazırda həmin şəxs dindirilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər