Rusiya təhlükəsizlik zəmanətlərini ləğv edəcək
Tarix: 17-07-2023 19:55 | Bölmə: Dünya
Rusiya təhlükəsizlik zəmanətlərini ləğv edəcək

Rusiya hakimiyyət orqanları Qara Dəniz Taxıl Təşəbbüsünün dayandırılmasından sonra BMT-nin Beynəlxalq Dəniz Təşkilatına müraciət edərək naviqasiya təhlükəsizliyi təminatlarının geri götürülməsini istəyib. Reyting.az xəbər verir ki, bu barədə bazar ertəsi “Reuters” agentliyi məlumat yayıb.

Bununla bağlı məktubda deyilir ki, Rusiya tərəfinin naviqasiya təhlükəsizliyinə verdiyi zəmanətlər ləğv ediləcək.

Bundan əlavə, Rusiya Federasiyası “Bölgədə Kiyev rejimindən gələn təhdidləri zərərsizləşdirmək üçün lazımi hərəkətlərin və cavab tədbirlərinin görüləcəyini” bildirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər