Bolqarıstandan qalxan helikopter Türkiyəyə 101 kq narkotik atıb - Fotolar
Tarix: 18-07-2023 15:10 | Bölmə: Dünya
Bolqarıstandan qalxan helikopter Türkiyəyə 101 kq narkotik atıb

Bolqarıstandan qalxan helikopter Türkiyə ilə hava məkanını pozub.

Reyting.az
Türkiyə mediasına istinadla xəbər verir ki, Çanaqqala Hava Radar Komandanlığına "yaxalanan" helikopterlə bağlı dərhal bölgə jandarmasına məlumat ötürülüb.

Əməliyyata başlayan jandarma müəyyən edib ki, Kırklarelinin Babaeski rayonunun Yenimahalle kəndi üzərində alçaqdan uçan helikopter beynəlxalq narkomafiyaya məxsus 101 kq narkotiki razılaşdırılmış yerə havadan ataraq uzaqlaşıb.

Əməliyyat zamanı bazar dəyəri 20 milyon TL olan 101 kilo narkotik maddə ələ keçirilib. Bununla belə ərazidə 3 şübhəli saxlanılıb.

Kırklareli valisi Birol Ekici uzun müddətdir izlənilən beynəlxalq cinayət şəbəkəsinin izlənildiyini deyib. O bildirib ki, artıq bu şəbəkə çökdürülüb.

E. ARAZ
Reyting.az







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}