Şimali Koreya yenidən raketlər atıb
Tarix: 18-07-2023 23:53 | Bölmə: Dünya
Şimali Koreya yenidən raketlər atıb

Şimali Koreya iki raket atıb. Ehtimal ki, atılanlar ballistik raketlər olub. Reyting.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi Yaponiya Sahil Mühafizəsinə istinadla məlumat yayıb.

Cənubi Koreyanın “Yonhap” agentliyi isə xəbər verir ki, raketlərdən biri Yapon dənizinə doğru atılıb.

“Kyodo”-nun məlumatına görə, KXDR tərəfindən buraxılan hər iki raket çox güman ki, artıq düşüb.

İyulun 12-də Şimali Koreya “Hvason-18” qitələrarası ballistik raketini buraxıb. Ertəsi gün KXDR-in daimi nümayəndəsi Kim Son BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edib. K. Son bildirib ki, raket sınaqları BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququnun xalq respublikası tərəfindən həyata keçirilməsidir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər