Fransadakı aksiya iştirakçıları barəsində 1200-dən çox hökm çıxarılıb
Tarix: 19-07-2023 12:51 | Bölmə: Dünya
Fransadakı aksiya iştirakçıları barəsində 1200-dən çox hökm çıxarılıb

Fransada iyun ayının sonundakı iğtişaşlar zamanı saxlanılan şəxslər barəsində 1200-dən çox hökm çıxarılıb, onların yarıdan çoxu həbs cəzasına məhkum edilib.

Reyting.az
xəbər verir ki, bu barədə “Le Figaro” yazıb.

Ədliyyə naziri Erik Düpon-Moretti Fransa mediasına bildirib ki, məhkəmələr artıq iğtişaşçılara qarşı 1278 hökm çıxarıb, onların 95 faizi təqsirkardır.

1056 nəfərə azadlıqdan məhrumetmə cəzası verilib, onlardan 742 nəfəri real müddətə, orta hesabla 8,2 ay cəza çəkəcək.

Düpon-Moretti həmçinin təsdiqləyib ki, yetkinlik yaşına çatmayan cinayətkarların işində valideynlər məsuliyyətə cəlb olunacaqlar.

"Söhbət uşağı tək böyüdən və axşam növbəsi ilə işləyən ananın cəzalandırılmasından getmir. Ümumiləşdirmə yanlışdır, hər bir işə fərdi qiymət veriləcək", - nazir bildirib.

Y. QACAR
Reyting.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər