Saakaşvilinin anası: “ABŞ-dan, İsveçrədən, Almaniyadan həkimlərimiz var idi, kim qaldı?”
Tarix: 20-07-2023 16:46 | Bölmə: Dünya
Saakaşvilinin anası: “ABŞ-dan, İsveçrədən, Almaniyadan həkimlərimiz var idi, kim qaldı?”

“Gürcüstanın baş naziri İrakli Qaribaşvili Mixail Saakaşvilinin xəstə olduğuna şübhə edirsə, ona şəxsən baş çəkə bilər”. Reyting.az xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin anası Qiuli Alasaniya deyib.

Hazırda həbsdə olan keçmiş prezidentin anasının sözlərinə görə, onlar M. Saakaşvilinin vəziyyətini yoxlamaq üçün demək olar ki, bütün ölkələrdən həkimlər gətiriblər.

“ABŞ-dan, İsveçrədən, Almaniyadan həkimimiz var idi. Kim qalıb? Doğrudanmı həkimi Rusiyadan gətirməliyik? Ehtiyacı olan hər kəsi gətirdilər. Baxdılar, gördülər. Burada qeyri-adi həkimlərimiz var və hər şeyi görmüşük. Onu daha kim müayinə etməlidir, bilmirəm. Onda qoy baş nazir özü gəlib baxsın”, - Alasaniya “Vivamed” klinikasında jurnalistlərə bildirib.

Onun fikrincə, polşalı həkimlərlə bağlı insident penitensiar xidmət tərəfindən törədilib.

“Penitensiar sistemə həmişə göstərişlər verilir və onlara deyilənləri edirlər”, - Alasaniya əlavə edib.

Onu da xatırladaq ki, Penitensiar Xidmət polşalı həkimlərin M. Saakaşvilini yoxlaması ilə bağlı bəyanat və görüntülər yayıb. Məlumata görə, səfər zamanı polşalı həkimlərdən biri “açıqlana bilməyən insident”lə üzləşib. Xüsusilə, polşalı həkim məhkum M. Saakaşvilidən götürülmüş nümunəni kağıza bükərək ayaqqabının köməyi ilə gizli şəkildə çıxarmağa çalışıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər