18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Zalujnı Milliyə cəbhədəki uğurlardan danışıb
Tarix: 20-07-2023 23:47 | Bölmə: Dünya
Zalujnı Milliyə cəbhədəki uğurlardan danışıb

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli arasında telefon danışığı olub. Reyting.az xəbər verir ki, o, bu barədə Telegram-da bildirib.

Zalujnı qeyd edib ki, Milliyə bütün cəbhə xətti boyunca əməliyyat vəziyyəti barədə ətraflı məlumat verib.

"Ukrayna Silahlı Qüvvələri Rusiyanın super mürəkkəb minalanmış sahələrinə, tank əleyhinə maneələrə və atəşin məhv edilməsi sisteminə baxmayaraq, metodik olaraq düşmən qüvvələrini məhv edir və ərazimizi işğaldan azad etmək üçün hücum əməliyyatlarını davam etdirir. Bizim bir neçə sahədə uğurlarımız var. Əsgərlərimiz qəhrəmandır", - deyə Ali Baş Komandan bildirib.

Həmçinin, Zalujnın sözlərinə görə, onlar Milli ilə Ukraynaya hərbi yardımın, xüsusən də texnika və sursatın çatdırılmasını müzakirə ediblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}