18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Putin: “Ukraynanın əks-hücumu nəticə verməyib”
Tarix: 21-07-2023 15:15 | Bölmə: Dünya
Putin: “Ukraynanın əks-hücumu nəticə verməyib”

“Ukraynanın əks-hücumu nəticə verməyib”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının müşavirəsində bildirib.

Onun sözlərinə görə, rəsmi Kiyevin Qərbdəki “kuratorları” əks-hücumun nəticə verməməsindən məyusdurlar: “Polşa Belarusun bir hissəsini qoparmaq istəyirdi”.

V.Putin bildirib ki, Ukraynanın səfərbərlik resurslar tükənir. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin itkisi onminlərlədir.

Rusiya Prezidenti vurğulayıb ki, Polşa qoşunları Lvova və ya Ukraynanın başqa ərazisinə daxil olsa, həmişəlik orada qalacaq.

Rusiyanın xarici kəşfiyyat xidmətinin direktoru Sergey Narışkin bildirib ki, Polşa Qərbi Ukraynaya nəzarəti ələ keçirməyə hazırlaşır.

Vladimir Putin ona Ukraynaya münasibətdə Polşanın planlarını izləməyi tapşırıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}