Tramp qədim lampaları İsrailə qaytarmağa razıdır
Tarix: 21-07-2023 20:14 | Bölmə: Dünya
Tramp qədim lampaları İsrailə qaytarmağa razıdır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp İsrailin Milli Xəzinə kolleksiyasının bir hissəsi olan qədim keramika yağ lampalarını İsrailə qaytarmağa razılıq verib. Reyting.az “Wall Street Journal”a istinadla bildirir ki, İsrail Qədim Əsərlər İdarəsi onları geri qaytarmaq üçün kampaniyaya başladıqdan sonra D. Tramp təhvil verməyə razılaşıb.

Nəşr yazır ki, lampalar ABŞ-a 2019-cu ildə, İsrailə verdiyi dəstəyə minnətdarlıq əlaməti olaraq Trampa hədiyyə kimi gətirilib. Lakin onların müvəqqəti olaraq bir neçə həftə Ağ evdə sərgilənməsi, sonra isə İsrailə qaytarılması qərara alınıb. Daha sonra şəraitə və koronavirus epidemiyasının başlanmasına görə, artefaktların qaytarılması təxirə salınıb.

Qeyd olunur ki, bu müddət ərzində Tramp lampaların sahibi olmayıb, sadəcə, onların mühafizəçisi kimi fəaliyyət göstərib.

"Əşyalar ilkin olaraq nəzərdə tutulduğu kimi nümayiş etdirildiyi üçün ofis onların təşkilatın nümayəndəsinə qaytarılmasını sürətləndirəcək",- deyə Trampın sözçüsü bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}