Prezidentin qayınanası həbs edilib
Tarix: 22-07-2023 13:54 | Bölmə: Dünya
Prezidentin qayınanası həbs edilib

Cənubi Koreya prezidentinin qayınanası Çoi Eun-Soon sənəd saxtalaşdırdığına görə həbs cəzası alıb.

Reyting.az
xəbər verir ki, məhkəmə qərarından sonra 76 yaşlı qadın şokdan huşunu itirib.

Prezidentin qayınanası 2013-cü ildə Seongnam-da torpaq sahəsi alarkən bankdan çıxarış saxtalaşdırmaqda ittiham edilir və bir il həbs cəzasına məhkum olunub.

Məhkəməyə görə, o, 34,7 milyard von (27 milyon dollar) məbləğində depozit sertifikatını saxtalaşdırıb.

Cənubi Koreya liderinin qayınanası təqsirini inkar edib və apellyasiya şikayəti verib.

2022-ci ilin dekabrında Cənubi Koreya Ali Məhkəməsi qeyri-qanuni müavinət almaqla bağlı başqa bir işdə Coi Eun-Soona bəraət verib. O, lisenziyasız fəaliyyət göstərən qocalar evinə rəhbərlik edirmiş. Buna görə, 2021-ci ildə məhkəmə onu üç il həbs cəzasına məhkum edib, lakin sonra hökm ləğv olunub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər