Ukrayna cəbhədə təşəbbüsü ələ alır
Tarix: 22-07-2023 21:03 | Bölmə: Dünya
Ukrayna cəbhədə təşəbbüsü ələ alır

“Ukrayna ordusu hər gün “hardasa 100 metr, hardasa bir kilometr” irəliləyir. Cəbhənin bütün istiqamətlərində hərbi təşəbbüs Ukraynanın tərəfindədir”.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Müdafiə nazirinin müavini Vladimir Qavrilov deyib.

Onun sözlərinə görə, ruslar Kupyansk vilayətində də istədiklərini realladıra bilməyiblər və ümumilikdə bütün təşəbbüs indi Ukraynanın əlindədir.

Qavrilov vurğulayıb ki, bu, hərbi sahədə Ukrayna üçün çox önəmlidir: “Bizim hər gün irəliləməyimiz vacibdir: hardasa 100 metr, hardasa bir kilometr. Biz hər gün ərazimizi təmizləyir, birinci və ikinci müdafiə xəttini dişləyirik”.

Nazir müavininin sözlərinə görə, indi hamı başa düşür ki, Ukrayna hələ də öz resursundan tam istifadə etməyib: “Ona görə də yardımların davam etdiriləcəyinə və gec-tez buna nail olacağımıza heç kimin şübhəsi yoxdur”.

Qeyd edək ki, iyunun ortalarında Müdafiə Nazirliyi Ukraynanın təşəbbüsü ələ keçirdiyini, lakin qalib gəlmək üçün 200 km-ə qədər uzaqmənzilli silahlara ehtiyac duyduğunu bəyan edib. İyunun sonunda Ukraynanın Baş Qərargahı bildirib ki, Ukrayna qüvvələri xüsusilə Baxmut istiqamətində “strateji təşəbbüsü” ələ keçirib və bu ərazidə geniş hücum əməliyyatı aparır. İyulun 18-də Ukrayna Silahlı Qüvvələrinin qoşunlarının Şərq qruplaşmasının sözçüsü Sergey Çerevatı işğalçıların Kupyansk istiqamətində hücuma keçməsi barədə məlumatı şərh edərək, düşmənin “təşəbbüsü ələ keçirməyə çalışdığını” bildirib. Onun sözlərinə görə, işğalçılar Ukraynanın mövqelərinə hücum edirlər, lakin heç bir nəticə yoxdur.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının bu günə olan əməliyyat məlumatlarına əsasən, Müdafiə Qüvvələri Şərq Cəbhəsinin ən qaynar bölgələrində müdafiəni davam etdirir, Melitopol və Berdyanskda hücum əməliyyatlarını davam etdirir və əldə olunan xətlərdə möhkəmlənir. Ruslar hazırda əsas səylərini Kupyansk, Liman, Baxmut, Avdeyev və Maryinski istiqamətlərində cəmləşdirirlər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər