Sudanda aviaqəza: ölən və yaralılar var
Tarix: 24-07-2023 09:16 | Bölmə: Dünya
Sudanda aviaqəza: ölən və yaralılar var

Sudanda təyyarə yerə çırpılıb və nəticədə 11 nəfər həlak olub.

Reyting.az
xəbər verir ki, aviaqəza barədə ölkənin “Al-Hadath” telekanalı məlumat yayıb.

Məlumatda deyilir ki, Port-Sudan beynəlxalq hava limanında sərnişin təyyarəsinin yerə çırpılması nəticəsində 11 nəfər həyatını itirib.

Qəzanın “təyyarə havaya qalxandan sonra yaranmış texniki nasazlığa görə baş verdiyi” qeyd olunur.

Hava qəzası zamanı yaralanan bir neçə nəfər xəstəxanaya çatdırılıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}