"Gürcü Arzusu" Avropa Sosialistlər Partiyası platformasından qovulub
Tarix: 24-07-2023 11:29 | Bölmə: Dünya
"Gürcü Arzusu" Avropa Sosialistlər Partiyası platformasından qovulub

Avropa Sosialistlər Partiyası hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasını sıralarından kənarlaşdırıb. Ötən ay Avropa Sosialistlər Partiyası rəhbərlərinin toplantısı keçirilib, qərar yekdilliklə qəbul edilib.

Reyting.az
-ın xəbərinə görə, Avropa Sosialistlər Partiyasının rəhbərliyi Gürcüstanda baş verən son hadisələri müzakirə edib və Siyasi Şurasının üzvləri “Gürcü Arzusu - Demokratik Gürcüstan”nın son vaxtlar təbliğ etdiyi mövqe və bəyanatlarla bağlı ciddi narahatlıqlarını bildiriblər.

Avropa Sosialistlər Partiyasının rəhbərliyi belə qənaətə gəlib ki, fəaliyyət və mövqelər baxımından “Gürcü Arzusu - Demokratik Gürcüstan” Avropa Sosialistləri Partiyasının dəyərlərindən uzaqdır. Bunu nəzərə alaraq, Avropa Sosialistlər Partiyasının rəhbərliyi qərar qəbul edilən andan yubanmadan “Gürcü Arzusu - Demokratik Gürcüstan” ilə bütün münasibətləri dayandırmağı təklif edib. Siyasi Şuranın üzvləri qərarı yekdilliklə ratifikasiya ediblər.

Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu il mayın əvvəlində Budapeştdə keçirilən Mühafizəkar Siyasi Fəaliyyətlər Konfransında çıxışı zamanı bildirib: "Macar xalqı çox şanslıdır ki, belə müdrik və uzaqgörən lider var. Həqiqətə qarşı çıxan qüvvələr LGBT təbliğatının köməyi ilə öz məqsədlərinə çatmağa çalışırlar".

Avropa Sosialistlər Partiyasının vitse-prezidenti Keti Piri İrakli Qaribaşvilinin çıxışını pisləyib və bildirib ki, “Gürcü Arzusu - Demokratik Gürcüstan”nın statusunun dayandırılması ilə bağlı siyasi birlikdə yekdil fikir var.

Qeyd edək ki, iyunun 11-də Gürcüstanın hakim partiyası Avropa Sosialistlər Partiyasının sıralarından çıxarılmazdan 18 gün əvvəl, yəni iyunun 11-də bu təşkilatı tərk edib.

Avropa Sosialistlər Partiyası Allaha, vətənə və ailəyə hörmət etdiyi üçün LGBT təbliğatına yol vermiş "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasını ölkədən çıxarmaqla da hədələyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}