Ukraynaya yenidən “Leopard” tankları göndəriblər
Tarix: 24-07-2023 20:06 | Bölmə: Dünya
Ukraynaya yenidən “Leopard” tankları göndəriblər

Bazar ertəsi İspaniya hökuməti Ukraynaya “Leopard 2A4” tanklarının və zirehli transportyorlarının yeni partiyasını göndərib. Reyting.az xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, iyulun 24-də Ukraynaya yola salınan hərbi və humanitar materialların yükləndiyi gəmi Santander limanını tərk edib. Yükün avqustun əvvəlində Kiyevə çatdırılacağı gözlənilir.

Nazirliyin məlumatında qeyd olunur ki, İspaniyanın göndərdiyi material hökumətin vəd etdiyi dörd “Leopard 2A4”-dən ibarətdir və onlar artıq Ukrayna hökumətinə təhvil verilmiş eyni xüsusiyyətlərə malik altı “Leopard 2”-yə əlavə olunacaq.

Kiyevə 10 zirehli transportyor, 10 yük maşını, bir neçə təcili tibbi yardım avtomobili və müxtəlif döyüş sursatları da göndərilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}