Baxmut yaxınlığında AFP-nin jurnalisti yaralanıb - Foto
Tarix: 24-07-2023 21:03 | Bölmə: Dünya
Baxmut yaxınlığında AFP-nin jurnalisti yaralanıb

Bazar ertəsi Baxmut yaxınlığında ukraynalı artilleriyaçıların işi barədə reportaj hazırlayarkən AFP-nin telejurnalisti 35 yaşlı Dilan Kollinz pilotsuz təyyarənin hücumu nəticəsində yaralanıb.

Reyting.az
xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Bildirilir ki, Baxmut yaxınlığındakı meşə zolağına edilən hücum nəticəsində Kollinz çoxsaylı qəlpə yaraları alıb. O, yaxınlıqdakı xəstəxanaya təxliyə edilib.

Həkimlər deyirlər ki, jurnalistinin sağlamlığına heç bir təhlükə yoxdur.

Qeyd edək ki, D. Kollinz 2018-ci ildən AFP-də Livan və Suriyada video koordinator kimi işləyir, lakin 2022-ci ilin fevralında Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri müntəzəm olaraq Ukraynaya təyin olunur.

Jurnalistin Yaxın Şərqdəki münaqişə zonalarında əhəmiyyətli təcrübəsi var: 2020-ci ildə o, Qarabağdakı müharibəni işıqlandırıb.



ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}