Dövlət Departamenti: Tehran Kremlin əsas hərbi sponsorudur
Tarix: 26-07-2023 09:48 | Bölmə: Dünya
Dövlət Departamenti: Tehran Kremlin əsas hərbi sponsorudur

Rusiya İranla hərbi tərəfdaşlığını dərinləşdirməyə davam edir.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel brifinqdə deyib.

V. Patelin sözlərinə görə, İran Rusiya Federasiyasının əsas hərbi sponsoru olaraq qalır.

V. Patel deyib: “Rusiya İrandan yüzlərlə zərbə PUA-ları, eləcə də belə PUA-ların istehsalı üçün avadanlıq alıb. Rusiya Kiyevə zərbələr endirmək, Ukrayna əhalisinə terror etmək üçün İranın pilotsuz uçan aparatlarından istifadə edir".

Qeyd edək ki, aprel ayında ABŞ Moskvadan təqribən 960 kilometr şərqdə, Rusiyanın Alabuqa Xüsusi İqtisadi Zonasında yerləşən pilotsuz uçan aparat istehsalı zavodunun planlaşdırılan yerinin peyk görüntüsünü yayımlayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər