Təhlükəli vəziyyət: Rusiyanın “Su-35”-i ABŞ-ın hərbi təyyarəsini təqib edib - Video
Tarix: 26-07-2023 17:45 | Bölmə: Dünya
Təhlükəli vəziyyət: Rusiyanın “Su-35”-i ABŞ-ın hərbi təyyarəsini təqib edib

Rusiyanın “Su-35” təyyarəsi Suriyada kəşfiyyat missiyası üçün havaya qalxan ABŞ-ın pilotsuz təyyarəsinə müdaxilə edib. Sözügedən müdaxilə dronun kamerasında əks olunub. Beləliklə, super güclər iyul ayında Suriyada ikinci dəfə üz-üzə gəliblər.

Reyting.az
xatırladır ki, 2023-cü il martın 14-də iki fövqəldövlət - Rusiya və ABŞ Ukraynanın işğalı prosesində ilk dəfə olaraq belə vəziyyətdə qarşılaşıblar. Səhər Rumıniyadan havaya qalxan ABŞ-ın “MQ-9 Reaper” model pilotsuz təyyarəsini tezliklə Rusiya təyyarələri izləyib. Təxminən 40 dəqiqə davam edən təqib zamanı Rusiya təyyarələri “MQ-9 Reaper”-in üstünə yanacaq töküb, onun pərvanəsinə çırpılıb və nəticədə dronu yararsız hala salıb. Qara dənizə düşən “MQ-9 Reaper”i ruslar tapsa da, ABŞ son anda dənizə düşən dronun içindəki bütün məlumatları silib.

İyulun əvvəlində iki ölkə Suriyada yenidən üz-üzə gəlib. İŞİD-ə qarşı kəşfiyyat missiyası daşıyan ABŞ pilotsuz təyyarəsi Rusiya təyyarələri tərəfindən təqib edilib. Rus reaktivi çoxlu fişənglər ataraq dronun missiyasını pozub.

General-leytenant Qrinkeviç deyib ki, bu hadisələr Suriyada fəaliyyət göstərən Rusiya Hərbi Hava Qüvvələrinin həm ABŞ, həm də Rusiya qüvvələrinin təhlükəsizliyini təhdid edən qeyri-peşəkar və etibarsız hərəkətlərin növbəti nümunəsidir.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Erik Kurilla Rusiyanı davam edən təhlükəli və qeyri-peşəkar davranışına görə qınayıb.

Nəhayət, ABŞ mətbuatının xəbərlərində Rusiyaya məxsus “Su-35” model döyüş təyyarəsinin də kəşfiyyat missiyası daşıyan ABŞ dronuna qarşı aqressiv davranışı yer alıb. Həmin anlar PUA-nın kamerasına əks olunub. Rusiya təyyarəsinin yenidən PUA-ya müdaxilə etdiyini bildirən səlahiyyətlilər, hadisə zamanı PUA-nın pərinin zədələndiyini qeyd ediblər.

Hərbi Hava Qüvvələrindən verilən açıqlamada “MQ-9 Reaper”-in yenidən DEAŞ-a qarşı missiyada olduğu bildirilib:

“Rusiya aviasiyası “MQ-9”-a İŞİD-ə qarşı missiyada təhlükəli yaxınlaşıb və onun fəaliyyətini pozmağa cəhd edib. Təyyarələr arasında cəmi bir neçə metr məsafə olub”.

Rusiya tərəfi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Digər tərəfdən, hazırda ABŞ-ın Suriyanın şərqində 900 hərbi qulluqçusu var.




Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər