Türkiyə Aİ-yə üzvlük danışıqlarını davam etdirmək arzusundadır
Tarix: 27-07-2023 19:47 | Bölmə: Dünya
Türkiyə Aİ-yə üzvlük danışıqlarını davam etdirmək arzusundadır

Türkiyə Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqları davam etdirməyə hazırlaşır. Ankara bu istiqamətdə ilk addımları Avropa İttifaqından gözləyir. Reyting.az xəbər verir ki, bunu ölkənin Maliyyə və xəzinə naziri Mehmet Şimşək Zalsburqda keçirilən biznes-forumda deyib.

Nazir bildirib ki, Türkiyəyə lazım olan tək şey bu qədər aktuallaşan Avropaya inteqrasiya yolunu davam etdirmək imkanıdır. O, Aİ-ni dəyişikliklər üçün ilham mənbəyi kimi görürdüklərini deyib.

Şimşək son üzvlük üçün ilk zəruri addımlar kimi "bəzi türk kənd təsərrüfatı malları və xidmətlərinin gömrük ittifaqı sisteminə daxil edilməsini" göstərib.

“Bloomberg”-in qeyd etdiyi kimi, Türkiyə artan inflyasiyanın yaratdığı iqtisadi problemləri həll etmək üçün daha çox xarici investisiya cəlb etməyə çalışır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər