ABŞ kəşfiyyatı: Çin Rusiyaya müharibə üçün yeni texnologiyalar verir
Tarix: 27-07-2023 22:08 | Bölmə: Dünya
ABŞ kəşfiyyatı: Çin Rusiyaya müharibə üçün yeni texnologiyalar verir

Çin Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya hərbi və ikili təyinatlı texnologiyalar təqdim edir.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Milli Kəşfiyyat Direktoru Ofisinin hesabatında deyilir.

ABŞ kəşfiyyatının məlumatına görə, Çin beynəlxalq sanksiyalara və ixrac nəzarətinə baxmayaraq, Rusiya ordusunun Ukraynada müharibəni davam etdirməsi üçün ikili istifadə texnologiyanın bir hissəsini təmin edir.

Bildirilir ki, gömrük qeydlərinə görə, Çinin dövlət müdafiə şirkətləri Rusiyanın dövlət müdafiə şirkətlərinə naviqasiya avadanlığı, qırıcı təyyarə hissələri və digər texnologiyalar göndərir.

ABŞ kəşfiyyatı qeyd edir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Çin “daha mühüm tərəfdaşa” çevrilib: ticarət Çin yuanı ilə həyata keçirilir, Çin Rusiyanın enerji məhsullarının idxalını artırıb və hər iki ölkədə maliyyə institutları daxili ödəniş sistemlərindən istifadəni genişləndirirlər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər