Bayden oğlunun xilası üçün əfv sərəncamı imzalamayacaq
Tarix: 28-07-2023 18:58 | Bölmə: Dünya
Bayden oğlunun xilası üçün əfv sərəncamı imzalamayacaq

Ağ ev bildirir ki, ABŞ prezidenti Cozef Bayden oğlu Hunter Baydenin narkotik istifadəsi, vergidən yayınma və silah saxlamaq ittihamları ilə məhkəməyə çıxarılmasına baxmayaraq “prezident əfvindən” istifadə etməyəcək.

Reyting.az
xəbər verir ki, bunu Ağ evin sözçüsü Karina Jean-Pierre deyib.

Siyasi müşahidəçilər Jean-Pierrenin “yox” cavabını Ağ evin Hunter Baydenin hüquqi problemləri ilə bağlı suala ilk qəti cavabı kimi şərh ediblər.

Dünən ona qarşı irəli sürülən ittihamlar səbəbindən Delaver ştatında məhkəməyə gedən Hunter Baydenin “adi vətəndaş” olduğunu deyən Jean-Pierre bildirib ki, iş müstəqil davam edir.

Hunter Baydenin üzləşdiyi ittihamların həm də “şəxsi məsələ” olduğu mesajını verən Ağ evin sözçüsü deyib ki, prezident Bayden və həyat yoldaşı oğullarının həyatını yenidən qurmaq cəhdlərini bir daha təkrarlayıblar.



Məlumat üçün qeyd edək ki, ABŞ prezidenti C. Baydenin oğlu dünən Delaver ştatında iki ayrı vergidən yayınma və narkotikdən istifadə edərkən silaha sahib olmaq ittihamı ilə hakim qarşısına çıxarılıb. İclasda hakim ittiham olunan Hunter Baydenin prokurorlarla sövdələşməsini bəyənməyib.

Razılaşmaya əsasən, ittihamları qəbul edəcəyi gözlənilən Hunter Bayden də hakimin müqaviləni imzalamamasından sonra ona qarşı iki ayrı vergi ittihamını rədd edib. 53 yaşlı Hunter Baydenin diqqətinə çatdırılıb ki, razılaşma təsdiqlənərsə, prokurorlar ona həbs cəzasından yayınaraq sınaq müddəti təklif edəcəklər.

Qeyd edək ki, keçmiş prezident Donald Tramp tərəfindən təyin edilmiş Delaver ştatının baş prokuroru Devid Veys bir müddətdir Hunter Baydenin vergi qeydlərini, biznes fəaliyyətini və xaricdəki biznes sövdələşmələrini araşdırır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər