14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Fransa şirkəti Rusiyaya çip ötürürmüş - Həbslər başlayıb
Tarix: 28-07-2023 19:06 | Bölmə: Dünya
Fransa şirkəti Rusiyaya çip ötürürmüş - Həbslər başlayıb

Fransada təhlükəsizlik qüvvələri “Ommic” şirkətinin fransız və çinli rəhbərlərini hərbi sənayedə istifadə olunan gizli texnologiyaların Çin və Rusiyaya ötürdüklərinə görə saxlayıb.

Reyting.az
xəbər verir ki, çinli iş adamının nəzarətində olan “Ommic”in səhmləri üzərinə də həbs qoyulub.

Xatırladaq ki, “Ommic” Avropanın bir neçə yarımkeçirici şirkətlərindən biridir. O, 5G avadanlığında, peyklərdə, o cümlədən tank və qırıcılarda radarlarda və raket yönləndirmə sistemlərində istifadə olunan super güclü, yüksək performanslı çipləri necə hazırlamağı öyrənib. Bu cür texnologiyalar diqqətlə qorunur və onların ixracına nəzarət edilir.

Müstəntiqlərin hesablamalarına görə, Rusiya ümumilikdə 11,8 milyon avro dəyərində ikili təyinatlı yarımkeçiricilər alıb. Mürəkkəb bir sxem onların Çin vasitəsilə çatdırılmasını nəzərdə tuturdu. Bundan əlavə, Litva, Hindistan və Türkiyə üzərindən marşrutlar çəkilib.

Müstəntiqlər bildiriblər ki, çiplər və texnoloji məlumatlar Rusiyanın dövlət silah şirkətinə verilib.

Qərbin sanksiyaları ilə qadağan olunmuş texnologiyalar Rusiya Federasiyasının ərazisinə sızır. Artıq üçüncü ölkələr Moskvaya milyonlarla dollarlıq “qadağalar” tətbiq ediblər.

Qeyd edək ki, “Nev York Times” buna qədər Ermənistan, Qazaxıstan və digər ölkələr vasitəsilə Rusiyaya çiplərin və digər elektron komponentlərin satışında artım müşahidə edildiyini bildirmişdi. ABŞ və müttəfiqləri silah sistemləri, pilotsuz təyyarələr və tanklar üçün lazım olan çiplərin Rusiyaya çatmaması üçün mübarizə aparırlar.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}