14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Putinin yeni tərəfdaşları: “Timsah” və “Adamyeyən”...
Tarix: 29-07-2023 09:53 | Bölmə: Dünya
Putinin yeni tərəfdaşları: “Timsah” və “Adamyeyən”...

Afrikanın bir sıra dövlət başçıları Rusiya prezidenti Vladimir Putini ziyarət etmək üçün Rusiya-Afrika forumuna gəliblər.

Reyting.az
xəbər verir ki, dünya mediası, xüsusilə "Biz izah edərik" layihəsi Moskvaya gələn və prezident Putinin tərəfdaşı olan bəzi ölkələrin rəhbərləri və onların keçmişi haqqında qeydlər aparıb.

Putinin qonaqları arasında Zimbabve prezidenti Emmerson Mnanqaqva da var. O, qatarı partlatdığına görə 10 il həbsdə yatıb. Daha sonra hərbi çevrilişlə hakimiyyətə gəlib. Onun ləqəbi “Timsah”dır. Bu ləqəb təxribat qrupunun adı ilə, həm də rəqiblərinə qarşı qəddarlığa görə alıb.

Uqanda prezidenti Yoveri Museveni 37 ildir prezidentdir. Bunun üçün konstitusiyanı da dəyişib. Müxalifətçilərdən biri tənqid edəndə deyirdi: “Onu tutub piroq kimi yeyəcəyik”.

Digər qonaq Malinin “keçid prezidenti” Assimi Qoitadır. O, hakimiyyəti hərbi qiyamla əldə edib. Üç il ərzində o, özünə qarşı qalxan daha ikisini əzib.

Burkina Fasonun “müvəqqəti prezidenti” İbrahim Traore 2022-ci ilin sentyabrında hərbi qiyamla hakimiyyətə gəlib. Ən əsası “Vaqner” bu işdə ona kömək edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}