14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Bayden striptizçidən olan 7-ci nəvəsini ictimaiyyətə təqdim edib - Foto
Tarix: 29-07-2023 15:54 | Bölmə: Dünya
Bayden striptizçidən olan 7-ci nəvəsini ictimaiyyətə təqdim edib

Daha əvvəl oğlu Hunter Baydenin striptizçi ilə münasibətindən olan 4 yaşlı nəvəsini qəbul etmədiyi üçün sərt tənqidlərə məruz qalan ABŞ prezidenti Cozef Bayden nəvəsi üçün ən yaxşısını istədiyini deyərək, 7-ci nəvəsi Navyi ictimaiyyətə təqdim edib.

Reyting.az
-ın məlumatına görə, narkotik, vergidənyayınma və silah saxlama ittihamı ilə mühakimə olunan Hunter Baydenin striptizçi Lunden Robertsdən bir qızı olduğu xəbərləri daha əvvəl gündəmə gəlmişdi.

Bunu ilk dəfə etiraf edən prezident Bayden 4 yaşlı nəvəsi Navy-nin “siyasi məsələ olmadığını” söyləyib. Həyat yoldaşı Jil Bayden ilə birlikdə bütün nəvələri üçün ən yaxşısını istədiklərini ifadə edən Bayden, “Oğlumuz Hunter və Navynin anası Lunden, qızları üçün ən yaxşı olan və şəxsi həyatlarını qoruyacaq bir əlaqə yaratmaq üçün birlikdə çalışırlar”,- deyib və bunun siyasi deyil, ailə məsələsi olduğunu bildirib.



Əvvəllər uşağın atası olduğunu inkar edən Hunter Bayden və Lunden Roberts, keçən ay Arkanzas məhkəməsində kiçik qızın qəyyumluq iddiasında razılığa gəliblər.

Respublikaçılar bir müddətdir ki, prezident Baydeni ictimai çıxışlarında Navyni nəvəsi kimi saymadığına görə tənqid edirlər. Respublikaçılar Partiyasından prezidentliyə namizədlərdən biri olan Florida qubernatoru Ron De Santis valideyn hüquqları ilə bağlı çıxışında Baydeni nəzərdə tutaraq “Niyə nəvənizlə vaxt keçirmirsiniz və ya onun varlığını etiraf etmirsiniz?” sualını ünvanlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}