Kiyev xəbərdar edir: Rusiya öz ərazisinə keçəcək müharibəyə sürətlə öyrəşməlidir
Tarix: 01-08-2023 13:51 | Bölmə: Dünya
Kiyev xəbərdar edir: Rusiya öz ərazisinə keçəcək müharibəyə sürətlə öyrəşməlidir

Pilotsuz təyyarələrin Moskvaya və Moskva vilayətinə gecə uçuşları onu göstərir ki, Rusiya paytaxtı Rusiya ərazisinə keçəcək müharibəyə sürətlə öyrəşməkdədir.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Moskva sürətlə tamhüquqlu müharibəyə öyrəşməkdədir. Nəhayət, bütün borclarını onlardan almaq üçün “müharibə müəlliflərinin” ərazisinə keçəcək. Rusiyada bundan sonra baş verən hər şey obyektiv tarixi prosesdir. Daha çox naməlum pilotsuz təyyarələr, daha çox dağılma, daha çox vətəndaş qarşıdurması, daha çox müharibə...”, -Podolyak vurğulayıb.

Qeyd edək ki, avqustun 1-nə keçən gecə Moskva növbəti dəfə pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Moskva meri Sergey Sobyanin bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Moskvaya uçmaq istəyərkən bir neçə pilotsuz təyyarəni vurub. Onun sözlərinə görə, bir PUA Moskva Siti qülləsinə dəyib, fasadı 17-ci mərtəbə səviyyəsində zədələyib. Eyni zamanda məlum olub ki, Moskva vilayətində Rusiya hava hücumundan müdafiə qüvvələri bir pilotsuz uçan aparatı vurub. Bundan əvvəl, iyulun 30-a keçən gecə ruslar Moskvada partlayış səslərini elan etmişdilər. Sonra sosial şəbəkədə Moskva şəhərinin ofis qülləsinə dəyən zərbənin foto və videoları göründü. Sözügedən binada isə Rusiyanın müxtəlif nazirlikləri yerləşir.

ELÇİN





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər