14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Türkiyədə səhiyyə işçiləri etiraza başlayıb: "Dolana bilmirik"
Tarix: 01-08-2023 18:02 | Bölmə: Dünya
Türkiyədə səhiyyə işçiləri etiraza başlayıb: "Dolana bilmirik"

Türkiyədə səhiyyə işçiləri maaşlarının azlığına etiraz olaraq 2 gün işə çıxmayacaqlarını bəyan ediblər.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün 21 səhiyyə təşkilatından ibarət olan Sağlamlıq və Sosial Xidmət Birlik və Mübarizə Platformasının üzvləri maaş azlığı səbəbindən ölkənin Səhiyyə Nazirliyinin qarşısına toplaşıblar.

Etiraz edən səhiyyə işçiləri deyirlər ki, ölkədə sürətli bahalaşma gedir: "Buna paralel olaraq bizim alıcılıq gücümüz sürətlə aşağə düşür. Mövcud
əmək qanunvericiliyinə görə əlavə işləsək də, bu, maaşımıza ikiqat hesablanmır. Halbuki, belədə normal iş saatının ikiqatı hesabanmalıdır. Lakin biz bunun yarısından da azını alırıq. Sağlam qidalana, uşaqlarımızın təhsil xərclərini və kirayə pulunu ödəməyə çətinlik çəkirik”.

Daha sonra onlar “Birlikdə qalib gələcəyik”, “İnsanca yaşamaq istəyirik” və s. şüarlar səsləndiriblər.

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}