14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Ukraynaya məxsus helikopter vurulub
Tarix: 01-08-2023 18:53 | Bölmə: Dünya
Ukraynaya məxsus helikopter vurulub

Rusiya hava hücumundan müdafiə qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus Mi-24 helikopterini Xerson vilayətində - Dnepr çayının sağ sahilində vurub. Reyting.az Rusiya KİV-lərinə istinadla bildirir ki, bu barədə bölgənin fövqəladə hallar xidmətinin nümayəndəsi məlumat verib.

Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus Mi-24 helikoteri Xerson vilayətinin sağ sahilində, Mixaylovka qəsəbəsi ərazisində vurulub.

Bundan əvvəl Rusiya qüvvələrinin Proseretski və Damanski adaları yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin iki katerini və 10 hərbi qulluqçusunu, həmçinin Almaniya istehsalı olan İRİS-T zenit-raket kompleksini bir sutka ərzində məhv etdiyi bildirilib. Xerson istiqamətində, həmçinin Sadovoe qəsəbəsi ərazisində, Kaxov istiqamətində - Ukrayna Silahlı Qüvvələrinin Zmeevka və Zmeevka yaxınlığındakı bölmələrinin iki mövqeyində iki 120 millimetrlik minaatan, ekipaj və onlar üçün döyüş sursatı məhv edilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}