Türkiyədə konsulluğa hücum olub, yaralanan var
Tarix: 01-08-2023 20:43 | Bölmə: Dünya
Türkiyədə konsulluğa hücum olub, yaralanan var

Türkiyənin qərbində - İzmirdə naməlum şəxs İsveç konsulluğuna hücum edib, diplomatik nümayəndəliyin əməkdaşı ağır yaralanıb. Reyting.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, hücum edən şəxsin Suriya vətəndaşlığı olub. O, vizanın alınması ilə bağlı problemlərə görə silahlı hücum edib.

Hücum nəticəsində konsulluqda işləyən Türkiyə vətəndaşı yaralanıb.

Xatırladaq ki, NATO-ya üzv olmaq ərizəsinin Türkiyə parlamentində təsdiqini gözləyən İsveç ilə Türkiyə arasında münasibətlər Stokholmda Quranın yandırılması fonunda gərginləşib. Türkiyə hakimiyyəti Avropa ölkələrində, xüsusən Danimarka və İsveçdə Qurana qarşı edilən təhqiramiz hərəkətlərə son dərəcə kəskin reaksiya verir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər