14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Ərdoğan 52 şəhərin polis rəsini vəzifədən çıxarıb
Tarix: 02-08-2023 10:27 | Bölmə: Dünya
Ərdoğan 52 şəhərin polis rəsini vəzifədən çıxarıb

Prezident Ərdoğan 52 şəhərin polsi rəisini vəzifədən azad edib.

Reyting.az
Türkiyə mediasına istinadla xəbər verir ki, prezident Ərdoğanın bu barədə qərarları "Rəsmi Qəzet"də dərc olunub.

Qəzetdə yayılan siyahıya görə, başda Ankara Polis İdarəsinin rəisi olmaqla, bir çox iri şəhərlərdə, o cümlədən Bursa, İzmir kimi böyük şəhərlərin polis rəisləri vəzifələrindən azad olunublar. Onların yerinə hətta ölkə kəşfiyyatının vəzifəli şəxsləri arasından da təyin olunanlar var.

Türkiyə polisinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsinə də yeni təyinat olub.

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}