General Gerasimov döyüş bölgəsində....
Tarix: 02-08-2023 13:05 | Bölmə: Dünya
General Gerasimov döyüş bölgəsində....

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov rus ordusunun Ukraynadakı ön mövqelərinə səfər edib.

Reyting.az
-ın məlumatına görə, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirir ki, Rusiya Müdafiə Nazirliyi tərəfindən yayımlanan videogörüntülərdə Gerasimov Ukraynanın cənubdakı əks-hücumun olduğu bir sektorda Rusiyanın müdafiə əməliyyatlarının memarı kimi təsvir olunub.

Analitiklər qeyd edirlər ki, belə bir rol əvvəllər Ukraynadakı qüvvələrin birləşmiş qruplaşması komandirinin keçmiş müavini general Sergey Surovikinə və Cənub Hərbi Dairəsinin 58-ci Birləşmiş Silahlı Qüvvələrinin keçmiş komandanı general-mayor İvan Popova aid edilib. İddialara görə, onlar iyunun 28-də və iyulun 15-də Müdafiə Nazirliyində iyerarxiyaya əməl etmədiklərinə və Gerasimovla qarşıdurmaya görə işdən çıxarılıblar.

Bu video Gerasimovun iyunun 24-də “Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojinin təşkil etdiyi üsyandan sonra ilk ictimai çıxışlarından biridir və Rusiya Müdafiə Nazirliyi Gerasimovun rolunu vurğulamaqda davam edir.

Avqustun 1-də Rusiya Müdafiə Nazirliyi V. Gerasimovun təftişlə Zaporojye istiqamətində rus ordusunun “ön mövqelərində” olduğunu iddia edib.

Qeyd edək ki, Rusiya Federasiyasında “Vaqner”çilərin üsyanından sonra hərbi rəhbərlik sıralarında “təmizləmələr” aparılıb. Xüsusilə, “Vaqner” PMC-nin fəxri üzvü olan general Sergey Surovikinin yoxa çıxdığı bildirilir. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş əməkdaşı Sergey Jirnovun sözlərinə görə, Surovikin gizli şəkildə həbs oluna bilər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər