14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Ukrayna ordusu irəliləyir
Tarix: 02-08-2023 15:53 | Bölmə: Dünya
Ukrayna ordusu irəliləyir

Ukrayna qoşunları Baxmut şəhərinin cənubunda hücum əməliyyatlarını davam etdirir.

Reyting.az
xəbər verir ki, Ukrayna Müdafiə Qüvvələri Baxmut istiqamətində - Andreevka yaxınlığındakı mövqelərdən rus qoşunlarını sıxışdırıb çıxarmağı bacarıblar.

Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı təsdiq edib.

“Baxmut istiqamətində qoşunlarımız Baxmut şəhərinin cənubunda hücum əməliyyatlarını davam etdirir. Müdafiə qüvvələrinin hücum əməliyyatları zamanı düşmən Andreevkanın cənubunda yerləşən mövqelərdən geri çəkilməyə məcbur olub, daha sonra uğursuz şəkildə mövqelərini bərpa etməyə göstəriblər. Kleşçievkanın şimal və qərbində, eləcə də Kurdyumovkanın şimal-qərbində itirilmiş mövqelərdə Ukrayna müdafiə ordusu möhkəmlənib”, - Baş Qərargah bəyan edib.

Bundan əvvəl məlum olmuşdu ki, Avdiivka istiqamətində (cənub hissədə) Ukrayna Müdafiə Qüvvələrinin hücuma-hücum əməliyyatları zamanı ruslar ərazidəki mövqelərdən geri çəkilməyə məcbur olub.

Onu da qeyd edək ki, əks-hücum zamanı Donetsk vilayətinin bir neçə yaşayış məntəqəsi, o cümlədən Staromayorskoye azad edilib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}