14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Çində 100-dən çox kəndin əhalisi köçürülür
Tarix: 02-08-2023 18:35 | Bölmə: Dünya
Çində 100-dən çox kəndin əhalisi köçürülür

Şiddətli yağışlar zamanı yaranmış daşqın nəticəsində ziyan çəkən Çinin Hebey əyalətinin (Şimali Çin) Çjuçjou bələdiyyəsində əhalinin kütləvi şəkildə köçürülməsinə başlanılıb.

Reyting.az
xəbər verir ki, Çjuçjou son günlər yağan leysanlardan çox zərər çəkib.

Avqustun 1-nə olan məlumata görə, şəhərətrafı 146 kənddə 133 913 nəfər daşqından zərər çəkib. Sakinlər daha hündür yerə köçməyə çalışır, xilasetməni gözləyir. Su basmış 100-dən çox kənddən 125 min insan təxliyə edilib.

Şimali Çinin digər alçaq ərazilərində də təxliyələr aparılır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}