Müdafiə naziri: “Ukraynanın hərbi resursları praktik olaraq tükənib”
Tarix: 15-08-2023 11:57 | Bölmə: Dünya
Müdafiə naziri: “Ukraynanın hərbi resursları praktik olaraq tükənib”

“Ukraynanın hərbi resursları praktik olaraq tükənib”.

TASS xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik üzrə XI konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qərb ölkələrinin hərtərəfli yardımına baxmayaraq, Ukrayna Silahlı Qüvvələri nəticə əldə edə bilmir: “Döyüş əməliyyatları göstərir ki, Ukraynanın hərbi imkanları tükənib”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Xatırladaq ki, Ukrayna ordusu bu ilin iyununda əks-hücum əməliyyatına başlayıb(Report).




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}