Türkiyədə öldürülən Rusiya səfirinin işində yenilik: həbs edilən var
Tarix: 15-08-2023 13:46 | Bölmə: Dünya
Türkiyədə öldürülən Rusiya səfirinin işində yenilik: həbs edilən var

Türkiyə mətbuatı Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlə yetirilməsi işi üzrə mühüm müttəhimin həbs edilməsi ilə bağlı məlumat yayıb.

Reyting.az
bildirir ki, Rusiya səfiri Karlova sui-qəsd təşkil edən Mövlud Mert Altıntaşın həyat yoldaşı A.S., təşkilatın özəl məmuru Ş.S. saxlanılıb.

İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi FETÖ/PDY silahlı terror təşkilatı üzvlərinin müəyyən edilərək tutulması üçün əməliyyat keçirib. Əməliyyatda Müasir İncəsənət Mərkəzində foto sərgisinin açılışı zamanı açıqlama verən Rusiya səfiri Andrey Karlovu qətlə yetirən FETÖ-nün özəl imamı Ş.S. Mövlud Mert Altıntaşın həyat yoldaşı ələ keçirilib. A.S-nın qaldığı ünvanda axtarış aparılıb. Şübhəlinin evindən 1 ədəd mobil telefon, 1 ədəd sim kart aparatı, 2 ədəd sim kart, 1 ədəd yaddaş kartı götürülüb.

Bəzi iddilarda qeyd edilir ki, saxlanılan şəxs qətldə əli olan rus diplomatlardan birinin həyat yoldaşı olan qadındır.

Qeyd edək ki, Karlov 2016-cı il dekabrın 19-da Ankarada foto sərginin açılışında güllələnib. Hücumu təhlükəsizlik qüvvələri tərəfindən zərərləşdirilən Mevlüt Mert Altıntaş həyata keçirib.

Rusiya səfirinin qətlini təşkil etməkdə ittiham olunan 28 şübhəli, o cümlədən ABŞ-da yaşayan din xadimi Fətullah Gülən ittihamları rədd edir. Mart ayında Ankara məhkəməsi Karlovun qətli ilə bağlı hökm çıxarıb. Beş təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilib. 8 nəfərə 3 il 9 aydan 15 ilə qədər həbs cəzası, daha 6 nəfər isə bəraət alıb. FETÖ lideri Gülən də daxil olmaqla, axtarışda olan daha 9 müttəhimin işi prokurorluğun tələbi ilə ayrıca icraata götürülüb.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər