Çin İran və Belarusla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirəcək
Tarix: 15-08-2023 21:26 | Bölmə: Dünya
Çin İran və Belarusla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirəcək

Çin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlıq mexanizmini gücləndirməyə, həmçinin İran və Belarusla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyə davam edəcək.

Reyting.az
TASS-a istinadla xəbər verir ki, bunu Dövlət Şurasının üzvü, Çinin müdafiə naziri Li Şanfu XI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında bildirib.


Li Şanfu

“Biz ŞƏT çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlıq mexanizmini gücləndirməkdə davam edəcəyik, təşkilatın yeni üzvü – İran, eləcə də tezliklə ŞƏT-ə üzv olacaq Belarusla müdafiə sahəsində əməkdaşlığı fəal şəkildə dərinləşdirəcəyik”,- Müdafiə naziri əlavə edib.

Xatırladaq ki, ŞƏT 2001-ci ildə Şanxayda yaradılıb. Əvvəlcə təşkilat altı ölkədən ibarət olub: Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan. Hindistan və Pakistan 2017-ci ildə ŞƏT-ə qoşulub. İyulun əvvəlində Nyu-Dehlidə virtual formatda keçirilən ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının sammitində İranın da assosiasiyaya üzv olan ölkələr sırasına qoşulduğu açıqlanıb. Bundan əlavə, Belarus öhdəlik memorandumu imzalayıb və bu, onun təşkilata tam hüquqlu qoşulması proseduruna start verib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər