Ukraynanın NATO-ya daxil olması üçün ağır şərt irəli sürülür
Tarix: 15-08-2023 22:03 | Bölmə: Dünya
Ukraynanın NATO-ya daxil olması üçün ağır şərt irəli sürülür

“Ukrayna Rusiyanın bir hissəsi kimi tanımaqdan imtina etdiyi əraziləri verməyə razılaşarsa, NATO üzvü ola bilər”. Reyting.az xəbər verir ki, bunu NATO baş katibinin aparat rəhbəri Stian Yenssen deyib.

“Verdens Gang” qəzetinin yazdığına görə, S. Yenssen düşünür ki, həll yolu Ukraynanın ərazilərindən imtina etməsi və əvəzində NATO üzvlüyünü əldə etməsi ola bilər.

Yenssen NATO-nun baş katibi Yens Stoltenberqin əvvəllər dediklərini də təkrarlayıb: “Ukrayna nə vaxt və hansı şərtlərlə danışıqlar aparmaq istədiyinə özü qərar verməlidir”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər