Çinin müdafiə naziri NATO ilə gərginliyə görə Belarusa gəlib
Tarix: 17-08-2023 12:21 | Bölmə: Dünya
Çinin müdafiə naziri NATO ilə gərginliyə görə Belarusa gəlib

Çinin müdafiə naziri NATO-ya üzv ölkələrin Belarusla sərhəd təhlükəsizliyini gücləndirdiyi bir vaxtda Minsk şəhərinə üç günlük səfərə gəlib.

Reyting.az
xəbər verir ki, dünya ölkələri ilə hərbi əlaqələri gücləndirməyə çalışan müdafiə naziri Li Şanqfu çərşənbə günü Rusiyadan Belarusa gəlib və həmkarı Viktor Xrenin tərəfindən qarşılanıb.

Səfər, Polşadan və Baltikyanı ölkələrdən Belarus ərazisinə keçmiş rus muzdlularının mövcudluğu, habelə Belarus prezidenti Aleksandr Lukaşenkonun miqrantları sərhədə göndərməklə gərginlik yaratmaq üçün yeni cəhdləri göstərilməklə sərhəd təhlükəsizliyinin gücləndirilməsi çağırışlarının artması ilə eyni vaxta təsadüf edib.

Qeyd edək ki, Belarusla sərhəd Çin və Avropa İttifaqı arasında daşınan mallar üçün əsas yük marşrutu arasında keçid məntəqəsidir.

Bununla belə, adının çəkilməsini istəməyən Polşa rəsmisi bildirib ki, bu səfər Çinin Ukraynadakı müharibə ilə bağlı artıq arxa planda olmadığına işarədir. Moskvada Çin Müdafiə Nazirliyinin rəhbəri ABŞ istisna olmaqla, Avropa, Afrika və Latın Amerikasındakı həmkarları ilə əməkdaşlığı intensivləşdirməyə söz verib.

Çinin müdafiə naziri ənənəvi duz-çörək qarşılandığı Belarusda yüksək səviyyəli hərbi rəsmilərlə görüşəcək və hərbi obyektləri gəzəcək. Bu, Çin müdafiə nazirinin 2018-ci ildən bəri Belarusa ilk səfəridir.

Onu da qeyd edək ki, müdafiə naziri Li Şanqfu avqustun 14-dən 19-dək Çinin tərəfdaşları ilə “strateji ünsiyyətə dəstək” məqsədilə Rusiya və Belarusa səfərə çıxıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər