Xəzəryanı ölkələrin xarici işlər nazirləri görüşəcək
Tarix: 18-08-2023 18:08 | Bölmə: Dünya
Xəzəryanı ölkələrin xarici işlər nazirləri görüşəcək

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan səfirləri ilə Beynəlxalq Xəzər Gününə həsr olunmuş görüş keçirib.

Rusiya Xarici İşlər Nazirliyi xəbər verir ki, görüşdə Xəzər regionunda çoxşaxəli əməkdaşlığın genişspektrli məsələləri üzrə maraqlı fikir mübadiləsi aparılıb.

“Beşlik” formatında qarşılıqlı fəaliyyətin qurulması istiqamətində gələcək addımlar, o cümlədən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada keçiriləcək görüşünə hazırlıq müzakirə edilib.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər