Ruslar Ukrayna ordusunun mövqelərini bombalayır
Tarix: 21-08-2023 11:24 | Bölmə: Dünya
Ruslar Ukrayna ordusunun mövqelərini bombalayır

Son sutka ərzində Rusiya ordusu Ukraynaya 29 hava zərbəsi endirib, 43 reaktiv yaylım atəşi sistemindən Ukrayna hərbçilərinin mövqelərinə və yaşayış məntəqələrinə atəş açılıb. Ukraynanın bütün ərazisinə raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksəkdir. Son 24 saatda 25-dən çox döyüş qarşıdurması olub.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, Volinski və Poliskidə vəziyyətin dəyişməyib, Severski və Slobojanskiyə ruslar hava zərbələrini davam etdirir, 30 yaşayış məntəqəsi minaatanlardan və artilleriyadan atəşə tutulub.

Qeyd edilir ki, ruslar Kupyanskidə Mixalovkaya hava hücumu edib, Xarkov vilayətinin Sinkivka bölgəsində uğursuz hücum əməliyyatları aparıb:

“Ruslar artilleriya və minaatanlardan Topol, Masyutivka, Kupyansk, Kislivka və Berestovu vurur.

Rus ordusu Limanda Şiykivka, Terniv, Piskunivka, Vesiliy Donetsk bölgələrinə hava zərbələri endirib.

Baxmutda, eləcə də Donetsk vilayətinin Kurdyumivka bölgəsində ruslar uğursuz hücum əməliyyatları aparıb. Donetsk vilayətinin Vesele, Klisçiivka, Kurdyumivka rayonlarına hava zərbələri endirilib, 20-dən çox yaşayış məntəqəsinə ziyan dəyib.

Marınski vilayətinin Marınka bölgəsində rus qoşunları ilə Ukrayna müdafiə qüvvələrinin savaşı davam edir.

Zaporojyedə ruslar Robotino, Pavlivka bölgələrinə hava zərbələri endirib, 30-dan çox yaşayış məntəqəsi artilleriya hücumuna məruz qalıb.

Ruslar Xerson vilayətinin Olgivka və Sadovı rayonlarını bombardman edib, 20-dən çox yaşayış məntəqəsi artilleriya sistemləri ilə vurulub.

Ukrayna Müdafiə Qüvvələri Melitopol və Berdyansk düz xəttlərində hücum əməliyyatını davam etdirir, çatma xətlərində möhkəmlənir və əks-aktareya döyüşünə başlayır”.

Baş Qərargah bəyan edir ki, Ukrayna müdafiə qüvvələrinin aviasiyası rusların xüsusi anbarının ərazilərinə 9 dəfə zərbə endirib. Raket qoşunları və artilleriya rusların atəş mövqelərinə zərbələrini davam etdirir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}