ABŞ-da güclü zəlzələ baş verib
Tarix: 21-08-2023 17:02 | Bölmə: Dünya
ABŞ-da güclü zəlzələ baş verib

ABŞ-ın Kaliforniya ştatının cənubunda 5,1 bal gücündə zəlzələ baş verib. Reyting.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, zəlzələ Los-Ancelesin şimalında tropik qasırğa zamanı qeydə alınıb. Yeraltı təkanlar Ventura qraflığının Ocai şəhərindən təxminən 7 kilometr aralıda hiss olunub. Yerli rəsmilər zəlzələnin bütün Ventura dairəsində güclü hiss edildiyini bildirib.

Hələlik dağıntılar barədə məlumat yoxdur.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}