İspaniyada yenidən anomal istilər başlayıb
Tarix: 21-08-2023 20:46 | Bölmə: Dünya
İspaniyada yenidən anomal istilər başlayıb

İspaniyada bu yay dördüncü dəfə anomal istilər başlayıb və onun pik həddinin yaxın günlərdə olacağı gözlənilir.

Reyting.az
-ın məlumatına görə, İspaniya KİV-ləri yazır ki, bazar ertəsi və çərşənbə axşamı aralığında ölkənin müxtəlif bölgələrində havanın temperaturu 39-43 dərəcə istiyə yüksələcək.

Balear adalarında, eləcə də İspaniyanın cənub-qərbində və şimal-şərqində təxminən 40 dərəcə isti gözlənilir. Bəzi ərazilərdə isə tepraturun 43 dərəcəyə qədər yüksələcəyi bildirilir.

İsti dövrün avqustun 24-dək davam edəcəyi, bundan sonra istilərin azalacağı proqnozlaşdırılır.

Ölkənin əksər hissəsində anomal istilər səbəbindən meşə yanğınları riski yüksək qiymətləndirilir.

Qeyd edək ki, havaların isti keçməsi ilə əlaqədar ölkədə meşə yanğınları tüğyan edir. Bu il İspaniyadakı meşə yanğınları səbəbindən 64 min hektar ərazi məhv olub.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}