12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ukraynaya daha 94 milyon avroluq yardım göndəriləcək
Tarix: 25-08-2023 17:21 | Bölmə: Dünya
Ukraynaya daha 94 milyon avroluq yardım göndəriləcək

Finlandiya prezidenti Sauli Niinistö hökumətin təklifi ilə Ukraynaya təxminən 94 milyon avro dəyərində 18-ci hərbi yardımın göndərilməsini təsdiqləyib. Reyting.az Ukrayna KİV-lərinə istinadla bildirir ki, Finlandiyanın müdafiə yardımının ümumi dəyəri təxminən 1,3 milyard avro təşkil edib.

Məlumata görə, yeni yardım zərfi Finlandiyaya təxminən 94 milyon avroya başa gələcək. İndiyədək təhvil verilmiş bütün hərbi texnikaların ümumi dəyəri isə təqribən 1,3 milyard avro təşkil edir.

Operativ səbəblərə görə və yardımın təyinat yerinə çatmasını təmin etmək üçün daşınmanın məzmunu, çatdırılma üsulu və ya cədvəli barədə əlavə məlumat verilmir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib