12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Lukaşenko: “Priqojinə dedim ki, sənə kəndir və sabun göndərəcəm"
Tarix: 25-08-2023 18:01 | Bölmə: Dünya
Lukaşenko: “Priqojinə dedim ki, sənə  kəndir və sabun göndərəcəm"

Belarus prezidenti Aleksandr Lukaşenko “Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinə təhlükəsizlik təminatı vermədiyini bəyan edib.

“Belta”nın xəbərinə görə, Aleksandr Lukaşenko xatırladıb ki, 24 iyun hadisələrindən sonra Rusiyada Yevgeni Priqojinin təhlükəsizliyinə təminat verilməyib. Onun sözlərinə görə, “Vaqner” qrupunun rəhbəri onunla təhlükəsizlik təminatı məsələsini müzakirə etməyib.

A. Lukaşenko, həmçinin deyib ki, o, Priqojini iki dəfə mümkün mənfi nəticələrlə bağlı xəbərdar edib, lakin Priqojin risk etmək istədiyini deyib.

Prezident onu da bildirib ki, qiyam zamanı Priqojinlə telefonla danışıb, onun və tərəfdarlarının ölüm riski barədə xəbərdarlıq edib.

“Onlar cəhənnəmə, mən öləcəyəm!" - deyə Lukaşenko Priqojinin sözlərini sitat kimi göstərib. "Mən ona deyirəm: "Jenya, mən sənə kəndir və sabun göndərəcəm. O isə "xeyr, yox. Mən bunu istəmirəm. Qəhrəman kimi öləcəyəm”,- dedi. İkinci dəfə bu mövzuda Dima Utkin ilə yanıma gələndə danışdıq. Mən onları qəti şəkildə xəbərdarlıq etdim - "Uşaqlar, baxın", - deyə A. Lukaşenko vurğulayıb.

Belarus rezidenti onu da bildirib ki, “Vaqner” Belarus ərazisində qalacaq:

“Özək burada qalır - kimlərsə tətilə getdi, kənarda yaşamaq qərarına gələnlər oldu. Nə qədər ki, bu birliyə ehtiyacımız var, onlar bizimlə yaşayıb işləyəcəklər”.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin “Vaqner”ə ya Rusiya Müdafiə Nazirliyinin nəzdində xidmət etməyi, ya Belarusa getməyi, ya da sadəcə olaraq ailə və dostlarının yanına qayıtmağı təklif edib.

Öz növbəsində Lukaşenko qeyd edib ki, “Vaqner”in Belarusda yerləşdirilməsi ideyası onun təşəbbüsü olub və buna görə peşman deyil(Report).




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib