Belarusdan tələb edirlər: “Vaqner”i respublika ərazisindən çıxar!
Tarix: 28-08-2023 16:48 | Bölmə: Dünya
Belarusdan tələb edirlər: “Vaqner”i respublika ərazisindən çıxar!

Polşa, Litva, Latviya və Estoniyanın daxili işlər nazirləri Belarusdan tələb edirlər ki, “Vaqner” özəl hərbi şirkətini respublika ərazisindən çıxarsın. Reyting.az RİA "Novosti"yə istinadla bildirir ki, bunu Polşanın daxili işlər naziri Mariuş Kaminski deyib.

M. Kaminski əlavə edib ki, bu gün Varşavada görüşməklərinə səbəb Belarusla sərhəddəki vəziyyətdir:

“Vəziyyət getdikcə gərginləşir. Bir neçə həftədir ki, çox təhlükəli “Vaqner” qrupu oradadır”.

Onun sözlərinə görə, onlar Minskdən PMC-lərdən qurtulmağı, habelə qeyri-qanuni miqrantların sərhəddən çıxarılmasını tələb edən bəyanat qəbul ediblər.

Qeyd edək ki, bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Avropanı miqrantlardan qorumayacaqlarını deyib. Onun sözlərinə görə, qaçqınlar dalğasının yaranmasında Minskin təqsiri yoxdur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib