16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Putinə yaxın oliqarxların əmlakı müsadirə oluna bilər
Tarix: 29-08-2023 16:33 | Bölmə: Dünya
Putinə yaxın oliqarxların əmlakı müsadirə oluna bilər

Helsinki şəhər hakimiyyəti Rusiya prezidenti Putinə yaxınlığı ilə tanınan oliqarxlar - Gennadi Timçenko və Roman Rotenberqə məxsus olan 15,5 min tamaşaçı üçün nəzərdə tutulmuş Helsinki Arenasını müsadirə edə bilər. Reyting.az xəbər verir ki, bu barədə Finlandiya KİV-ləri məlumat yayıb.

Helsinki şəhərinin meri deyib ki, obyektin yerləşdiyi ərazinin icarəsi üçün 100 min avroluq son hissə ödənilməyib və bu da arenanın müsadirə olunması ehtimalına yol açır.

Məlumata görə, torpaq icarəsi və əmlak vergisi vaxtında ödənildiyi üçün indiyədək Helsinki şəhəri obyekti idarə edən şirkətin səhmlərinə nəzarət edə bilməyib.

Oktyabrın ortalarında növbəti icarə ödənişində gecikmə olarsa, arena müsadirə yolu ilə satılacaq. Bundan əvvəl Finlandiyanın xarici işlər naziri Elina Valtonen demişdi ki, hakimiyyət vəziyyətdən çıxış yolu axtarır.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə Avropa İttifaqının (Aİ) sanksiyasına məruz qalan Gennadi Timçenko və Roman Rotenberq “Arena Events Oy” vasitəsilə arenanın bir hissəsinə sahibdirlər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}