16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Təhlükəli qasırğa Florida ştatına çatıb
Tarix: 30-08-2023 20:10 | Bölmə: Dünya
Təhlükəli qasırğa Florida ştatına çatıb

Atlantik okeanında əmələ gələn “İdalia” qasırğası ABŞ-ın Florida sahillərini vurub. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Milli Qasırğalara Nəzarət Mərkəzi məlumat yayıb.

Mərkəzin X-də (keçmiş Twitter) yaydığı bəyanatda deyilir:

“Hədsiz təhlükəli 3-cü kateqoriyalı “İdalia” qasırğası Florida ştatının Big Bend sahillərini vurub. Meteoroloqların məlumatına görə, küləyin maksimal sürəti 201 km/saatdır”.

Bəyanatda qeyd olunur ki, bundan əvvəl Florida ştatının qubernatoru Ron DeSantis qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan edib: “NBC, ştatın qərb sahilində 200 mildən (321 km) çox zərər görəcəyini, 3,6 ilə 4,8 m hündürlüyündə fırtına dalğalarının Big Bend-i vuracağını proqnozlaşdırır”.

Məlumata görə, "İdalia" artıq Kubanın qərbində yerləşən Pinar del Rio əyalətinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişini dayandırıb. Güclü külək və leysan yağışlar səbəbindən istehlakçıların təxminən 60 faizinin elektrik enerjisinə çıxışı olmayıb.

V. QULİYEV
Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}