16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Parlament komitəsi Tayvanı müstəqil dövlət elan edib
Tarix: 30-08-2023 20:35 | Bölmə: Dünya
Parlament komitəsi Tayvanı müstəqil dövlət elan edib

Britaniya İcmalar Palatasının Xarici Əlaqələr Komitəsi Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin Çinə səfəri ilə eyni vaxtda Tayvanı ilk dəfə müstəqil dövlət kimi tanıyıb.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, "Tilted Horizons: An Integrated Review and the Indo-Sakit Okean" başlıqlı hesabatda "ölkələr" bölməsində Tayvanın adı çəkilir.

Sənəddə deyilir ki, Tayvan artıq müstəqil ölkədir, dövlətçiliyin bütün əlamətlərinə malikdir, xüsusən də daimi əhalisi, müəyyən ərazisi, hökuməti və digər dövlətlərlə münasibətlərə girmək qabiliyyəti var.

Sənəddə qeyd olunur ki, Tayvanın yalnız “daha çox beynəlxalq tanınması” yoxdur və ölkənin özü də rəsmi olaraq müstəqilliyini elan etməkdən çəkinir, “çünki Çin buna casus belli (a casus belli – red.) kimi baxır”.

Britaniya parlament komitəsinin rəhbəri Alicia Kearns “Politico”ya izah edib ki, deputatlar Çinin Tayvanla bağlı mövqeyini tanıyırlar, lakin “qəbul etmirlər”.

Komitənin hesabatı çərşənbə günü Ceyms Kleverlinin son beş ildə Pekinə gedən Britaniyanın ilk xarici işlər nazirinin səfəri ilə eyni vaxtda dərc edilib.

Qeyd edək ki, demokratik ölkə olan Tayvan özünü ayrıca dövlət hesab edir, Çin və dünyanın böyük əksəriyyəti - rəsmi Britaniya da onu Çinin ərazisinin bir hissəsi sayır. Çin xarici rəsmilərin adaya səfərlərinə böyük narazılıqla reaksiya verir.

E. KAMAL
Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}