16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Çin lideri G20 sammitində iştirak etməyə bilər
Tarix: 31-08-2023 11:23 | Bölmə: Dünya
Çin lideri G20 sammitində iştirak etməyə bilər

Çin prezidenti Si Cinpin gələn həftə Hindistanda keçiriləcək G20 sammitində iştirak etməyəcək.

Reyting.az
xəbərinə görə, “Reuters” Hindistan və Çindəki rəsmi mənbələrə istinadla bildirir ki, 9-10 sentyabr tarixlərində Yeni Dehlidə keçiriləcək tədbirdə ölkəni Çinin baş naziri Li Qianqın təmsil edəcəyi gözlənilir.

Çin liderinin sammitdə iştirak etməməsinin səbəbləri barədə məlumat verilmir.

Xatırladaq ki, Hindistan 2022-ci il dekabrın 1-dən G20-yə sədrlik edir. Yeni Dehlidə keçiriləcək sammit 9-10 sentyabr tarixlərində şəxsən keçiriləcək. G20-nin bütün ölkələrinin və digər doqquz dövlətin (Banqladeş, Misir, İspaniya, Mavrikiy, Nigeriya, Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Sinqapur) liderləri ora dəvət olunur. Rusiyanı sammitdə xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}