14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Ukrayna ordusunun Krım sahillərinə eniş cəhdinin qarşısı alınıb
Tarix: 01-09-2023 16:54 | Bölmə: Dünya
Ukrayna ordusunun Krım sahillərinə eniş cəhdinin qarşısı alınıb

Rusiya Qara Dəniz Donanmasının dəniz aviasiyası Ukrayna Silahlı Qüvvələrinin Krım sahillərinə eniş cəhdinin qarşısını alıb. Reyting.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Rusiya Qara Dəniz Donanması Qara dənizdə bütün növ kəşfiyyatlarla bağlı vəziyyətin daimi monitorinqini aparır. Bu, 29-30 avqustda Krım sahillərində Ukrayna Silahlı Qüvvələrinin terror aktları törətmək cəhdlərinin də qarşısını almağa imkan verib.

Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, 4 hərbi kater və 50-yə qədər ukraynalı hərbçi dəniz təyyarələri tərəfindən məhv edilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}