14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
PA: "Ərdoğan və Netanyahu G20 sammitində görüşə bilərlər"
Tarix: 01-09-2023 18:08 | Bölmə: Dünya
PA: "Ərdoğan və Netanyahu G20 sammitində görüşə bilərlər"

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin baş naziri Benyamin Netanyahu sentyabrın 8-10-da Hindistanda keçiriləcək G-20 sammitində görüşə bilərlər”.

Bunu Türkiyə Prezident Administrasiyanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç “A Haber”ə müsahibəsində deyib.

O bildirib ki, Türkiyənin İsrail xalqı ilə heç bir problemi yoxdur: “Biz mövqeyimizi həmişə konkret ifadə edirik. Əməkdaşlığa ehtiyac olan məsələlər var”.

A. Kılıçın sözlərinə görə, B. Netanyahunun Türkiyəyə səfəri ilə bağlı hələ ki, konkret tarix yoxdur.

Qeyd edək ki, daha əvvəl B. Netanyahunun Türkiyəyə gedəcəyi iddia edilirdi(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}