14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
ABŞ tankları Ukraynaya gəlir
Tarix: 01-09-2023 17:52 | Bölmə: Dünya
ABŞ tankları Ukraynaya gəlir

Amerika tankı “Abrams”ın ilk partiyası Ukraynaya sentyabrın ortalarında göndəriləcək. Reyting.az xəbər verir ki, bu barədə “Politico” iki mənbəyə, o cümlədən ABŞ Müdafiə Nazirliyinə istinadla bildirir.

Adının açıqlanmasını istəməyən mənbə deyib ki, ilk partiyaya 10 tank daxil olacaq.

Məlumata görə, tanklar hazırda Almaniyadadır və texniki xidmət tamamlanan kimi Ukraynaya gətiriləcək.

Ümumilikdə ABŞ Ukraynaya 31 “Abrams” tankı verməyi planlaşdırır. Gözlənilir ki, müttəfiqlər vəd edilmiş bütün zirehli texnikaları 2023-cü ilin payızının sonuna qədər Ukraynaya göndərəcəklər.

ELÇİN





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}